Böyük azarkeş qayıdır: "Şəmkir" stadionunda boş yer qalmadı - FOTO

14:32 24 Fevral 2015

“Şəmkir” klubunda canlanma müşahidə olunmağa başlayıb. "Şəmkir"in heyəti daha da gücləndirilib, komanda üçün rayon Olimpiya İdman Kompleksinin yaxınlığında yeni meydança üçün torpaq sahəsi ayrıldı və hazırda orda iş gedir, Şəmkirin mərkəzi stadionunun yenidən komandaya verilməsi üçün əməli fəaliyyətə start verilib. 

 

Sportaren.az xəbər verir ki, rayonun futbol həyatında baş verən canlanma azarkeşləri də yenidən tribunalara qaytarıb.

 

Belə ki, II dövrənin  ilk turu çərçivəsində "Ağsu" ilə keçirilən ev matçından öncə müəyyən təbliğat işləri aparılıb, rayonun mərkəzi küçələrinə, eləcə də yaxın kəndlərə afişalar vurulub. Bunun nəticəsində matç günü Şəmkir Olimpiya İdman Kompleksinin tribunaları ağzına qədər dolu olub. Hətta oturacaqlarda yer olmadığından bir çox insan oyunu ayaq üstə izləməli olub. Düzdür, "Şəmkir" rəqibinə 0:2 hesabı ilə uduzaraq azarkeşlərini məyus edib. Ancaq ümid edirik ki, fanatlar bu məğlubiyyətdən ruhdan düşməyib növbəti ev oyunlarında da tribunaları dolduracaqlar. Təbii ki, "Şəmkir" futbolçuları da bunun haqqını verməlidir.

 


Digər xəbərlər

Xəbər xətti