Prezident futbolçunu bağışlayacaqmı?

17:41 24 Fevral 2015

Təvəkkül Məmmədovun “Sumqayıt”ı tərk etdiyini yazmışdıq.

 

Sportarena.az xəbər verir ki, “Bakı”yla oyundan öncə AFFA-dan start heyətini dəyişmək sifarişi alan klubun yarımmüdafiəçisi Sumqayıtdadı.

 

Həmin matçdan sonra mətbuata açıqlama verdiyinə görə sorğu-sual edilən və klubu özbaşına tərk edən Təvəkkül rəhbərliklə görüşmək üçün Azərbaycana qayıdıb. Lakin klubun prezidenti Kamran Quliyev yığmanın Antalyadakı təlim-məşq toplanışına yollandığından orta xətt oyunçusu başqanı gözləmək məcburiyyətində qalıb. Rəhbərliyin Təvəkkülü bağışlayacağı ən çox ehtimal edilən variantdı. Yəni xüsusi problem çıxmasa, belə də olacaq.

 


Digər xəbərlər

Xəbər xətti