Daha öncə də xəbər verdiyimiz kimi “Sumqayıt” klubndan icazəsiz olaraq ayrılmış Təvəkkül Məmmədov klubun düşərgəsinə qayıdıb.
Klubun mətbuat katibi Rəşad Məmmədovun Sportarena.az saytına verdiyi məlumata görə, futbolçu artıq əvəzedici heyyətdə məşqlərə başlayıb.
“Bəli, Təvəkkül artıq komandaya qoşulub. Əvəzedici komanda ilə məşqlərə də başlayıb. Klub prezidentinin gəlişini gözləyirik. Onun verdiyi qərardan sonra hər şey məlum olacaq”. – deyə Məmmədov saytımıza açıqlamasında bildirib.