"Neftçi" rəsmisi: "Həbs olunan iki nəfər “Neftçi” azarkeşi deyil"

18:48 24 Fevral 2015

Bu gün keçirilən AZAL – “Neftçi” (0:1) qarşılaşmasında qonaq klubunun azarkeşlərinin oyunu baykot etdiyi barədə xəbərlər yayılmışdı.

 

Məsələ ilə bağlı “Neftçi” klubunun mətbuat katibi Gündüz Abbaszadə Sportarena.az saytına açıqlama verib:

 

“Oyuna azarkeşlərimiz gəlmişdi. Bizi dəstəklədilər də. Bəzi azarkeşlər var idi ki, oyuna gəlməyəcəklərini bildirmişdilər. Onların fikirlərinə hörmətlə yanaşırıq. Qanunlara riayət edən hər bir azarkeşimizin arxasındayıq. O ki qaldı həbs olunan azarkeşlərin azad olunmasıına, “Neftçi” klubu vəkillər kollegiyası, polis şöbəsi, məhkəmə orqanı deyil. Bizdə olan məlumata görə, həbs olunan iki nəfər “Neftçi” azarkeşi deyil. Daha doğrusu, onlar hər hansısa fanklubumuzun üzvü deyil”. – deyə Abbasadə bildirib.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti