Robert Prosineçki: "Şaxtyor ilə oyun mənə istədiyimi göstərdi"

22:30 24 Fevral 2015

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Ukrayna "Şaxtyor"u ilə yoxlama oyununu şərh edib.

 

Sportarena.az Azerisport.az saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

"Şaxtyor" Avropanın ən güclü klublarından biridir. Birinci hissəni çox yaxşı keçirdik. Məşq və oyun tamamilə fərqlidir. Bu oyunda mən futbolçuların nəyə qadir olduğunu gördüm. Oyundan razı qaldım. Cəmi üç gündür birgəydik ki, bu da çox az müddətdir. Hələ çox işləməliyik".

Prosineçki yığmamızın heyətində kimisə xüsusi fərqləndirmək istəməyib: "Komandanın hər bir üzvü özünü göstərməyə çalışdı, ötürmələrlə oynadı, top saxladı, döyüşdü. Düzdür, ikinci hissədə rəqib bizim top saxlamağımıza imkan vermədi. İnanıram ki, gələcəkdə daha yaxşı oyun sərgiləyəcəyik".

Baş məşqçi Elvin Camalov, Coşqun Diniyev və Anton Krivotçuk barədə də fikirlərini açıqlayıb: "Nəzərə almaq lazımdır ki, onlar ilk dəfə yığma ilə birgəydilər və belə güclü bir rəqibə qarşı çıxış etmək şansı qazandılar. Yenilərdən razı qaldım. Antona gəlincə, bir daha qeyd etmək istəyirəm ki, biz onu gələcək üçün hazırlayırıq. O, öz üzərində daha çox çalışmalıdır. Belə olan halda bir neçə ildən sonra yığmanın sol cinah müdafiəçisi baxımından problemi olmayacaq. Bütövlükdə, bütün gənc oyunçulardan razı qaldım".

 


Digər xəbərlər

Xəbər xətti