“Yuventus” hücumçusu Karlos Teves Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində doğma publika önündə Dortmund “Borussiya”sı ilə qarşılaşmada şəxsi rekordlarına imza atıb.
Sportarena.az xəbər verir ki, matçın 13-cü dəqiqəsində hesabı açan təcrübəli futbolçu Avropanın ən nüfuzlu klub turnirində 10-cu qolunu vurub.
Bundan başqa, Teves 10 dəfə fərqlənən 10-cu argentinalı olub.
Xatırladaq ki, hazırda Turində keçirilən oyunda “Yuventus” 2:1 hesabı ilə qalib gəlir.