"Toplanış çərçivəsində yaxşı oyunlar keçirdik. Fikrimcə, çempionata hazırlıq baxımından bizdə hər şey yaxşı alındı".
Sportarena.az xəbər verir ki, bu sözləri "Şaxtyor"un müdafiəçisi İvan Ordets Antalyada əsas millimizlə keçirilən yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı futbolçu yığmamızın toplanışda qarşılaşdıqları ən güclü rəqib olduğunu bildirib: "Yaxşı komandaya qarşı oynadıq. Azərbaycan millisində yüksək səviyyəli futbolçular çıxış edir. Onlar təzyiq altında topa nəzarət edə bilirdilər. Məncə, Azərbaycan yığması toplanışda qarşılaşdığımız ən güclü rəqib idi. Yağış yağmasına baxmayaraq, meydança yaxşı vəziyyətdə idi. Əlverişsiz hava da bizə mane olmadı".
Qeyd edək ki, Antalyada "Şaxtyor"la yoxlama matçında qüvvəsini sınayan millimiz rəqibinə 1:2 hesabı ilə uduzub.