"Oyunçularım birinci hissədə tapşırdııqlarımın heç birini yerinə yetirmədilər. İlk qolu "Barselona"ya hədiyyə etdik. Sonra yenə də müdafiədəki səhvimiz ucbatından ikinci qolu buraxdıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/8 finalında "Barselona" 1:2 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
"Fasilədə rəqibə qarşı daha çox pressinq etməli olduğumuzu söylədim. Bunun sayəsində qol vurduq və qol epizodları yaratdıq. 10 nəfərlə qalmasaydıq, nəticə fərqli ola bilərdi" - deyə o bildirib.
M.Pellerqini "Barselona" ilə cavab qarşılaması haqda da danışıb:
"Səfərdə işimiz çətin olacaq. Çünki ilk matçda məğlub olduq Ancaq komandamın ikinci hissədəki oyununu bəyəndim. "Nou Kamp"da da bu cür oynamağa çalışacağıq. Messi penaltini dəyərləndirə bilsəydi, işimiz daha çətin olacaqdı".