Luis Enrike: "Barsa"da penaltini birinci vurmaq hüququ Messiyə məxsusdur"

12:42 25 Fevral 2015

"Layiqli qələbə qazandıq. 1/8 finalın ilk oyununda bu cür qalibiyyət bizim üçün önəmli idi. Xüsusilə, birinci hissədə demək olar ki, səhvsiz oynadıq. Çoxlu sayda qol epizodları yaratdıq və bunlardan ikisini qola çevirdik".

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasınının 1/8 finalında "Mançester Siti"yə səfərədə 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib.

 

O bildirib k, ikinci hissədə rəqibin pressinqi işlərini biraz çətinləşdirib:

"Bu, bizə problem yaratdı. 2:0 hesablı üstünlüyümüzü qoruya bilməsək də, yekunda qalib gəldik. Futbolçularımı nümayiş etdirdikləri yaxşı oyun münasibəti ilə təbrik edirəm. Ancaq bu qələbə bizi arxayınlaşdırmamalıdır".

 

L.Enrike son dəqiqədə penaltini dəyərləndirə bilməyən futbolçusu Lionel Messi haqda da danışıb: "O, penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün çox üzüldüm. Ancaq futbolda hər şey ola bilər. "Barsa"da penaltini birinci vurmaq hüququ Messiyə məxsusdur. O, bundan sonra da penaltiləri vurmağa davam edəcək".

 


Digər xəbərlər

Xəbər xətti