“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo yenidən qərarını dəyişib.
Sportarena.az xəbər verir ki, bu yaxınlarda vətəni Braziliyada ikinci dəfə əməliyyat olunduğu üçün öncə mövsümün sonuna qədər orda qalmağı düşünən futbolçu indi Bakıya qayıtmaq qərarına gəlib.
Çumbinyonun gəlişinin səbəbi isə nə məşq etmək, nə də kollektivə qoşulmaqdı. Məsələ burasındadı ki, zədə ucbatından ötən ilin sentyabrından bəri yaşıl meydanlara çıxmayan və mövsümü erkən qapayan “sambaçı”nın “Qarabağ”la müqaviləsi başa çatmaq üzrədi.
Ağdam klubu ilə anlaşması mayın sonuna qədər olan 29 yaşlı oyunçu məhz bu məsələni müzakirə etmək üçün yaxın günlərdə Azərbaycana qayıdacaq. Konkret olaraq, fevralın son gününə kimi futbolçunun ölkəmizdə olması gözlənilir. Braziliyalı yarımmüdafiəçi meneceri ilə birlikdə rəhbərliklə masa arxasında əyləşəcək. Onun ikinci dəfə əməliyyat olunması rəhbərliyin ürəyincə olmasa da, onlar Çumbinyonu əldən buraxmaq istəmirlər.
Qeyd edək ki, Çumbinyo Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”lə ilk oyununda