21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək.
Sportarena.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində ikinci sınağına çıxacaq.
Fevralın 20-dən hazırlıqlara start verən komandamız Qana millisi ilə görüşəcək. Yığmamız Afrika təmsilçisinin U-20 komandası ilə üz-üzə gələcək.