"Valensiya"nın sabiq futbolçusu Azərbaycan klubundan təklif alıb

14:30 25 Fevral 2015

Polşanın “Yagelloniya” klubunun sabiq futbolçusu Dani Kintananı heyətinə qaytarmaq istəyi baş tutmayıb.

 

 

Sportarena.az xəbər verir ki, ispaniyalı futbolçunun qayıdışına Azərbaycandan aldığı təklif mane olub.

 

Peşəkar karyerasına “Valensiya”da başlayan 28 yaşlı hücumameylli yarımmüdafiəçi çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda heyətə düşməkdə çətinlik çəkir. Bu üzdən özünə yeni komanda axtarışında olan Kintana icarə əsasında Polşa təmsilçisinə keçməyə yaxın olub. Onun 2013-14-cü illərdə oynadığı kluba qayıdışı gerçəkləşmək üzə olduğu vaxtda Azərbaycandan təklif alıb.

 

Adı açıqlanmayan təmsilçimiz yarımmüdafiəçini Polşaya dönmək fikrindən daşındırıb. Hazırda məxsus olduğu klubla danışıqlar aparan ispaniyalı gələcək karyerasını tam aydınlıq gətirməyə çalışır.

 

Qeyd edək ki, Dani Polşada başlayan legioner karyerasınadək İspaniyanın aşağı dəstə təmsilçilərinin formasını geyib. Yarımmüdafiəçi ilk peşəkar klubu olan “Valensiya”da isə yalnız B komandasının formasını geyib.

 

 


Digər xəbərlər

Xəbər xətti