Çempionlar Liqasının 1/8 finalında dünən keçirilən "Mançester Siti" -"Barselona" matçından (1:2) sonra qalmaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmanın son dəqiqəsində tribunada meydan sahiblərinin azarkeşlərindən biri ehtiyat oyunçular skamyasında əyləşən "Barsa"nın futbolçusu Neymarla mübahisə edib. "Mançester Siti"li azarkeş braziliyalı hücumçunu simulyant adlandırıb. Buna əsəbiləşən Neymar paltardəyişmə otağına yollanarkən həmin azarkeşi yanına çağırıb və onunla mübahisə edib. Mühafizəçilərin müdaxiləsindən sonra gərginliyin daha da artmasının qarşısı alınıb.
Matçdan sonra Neymar jurnalistlərə azarkeşin onu portuqal dilində söydüyünü söyləyib.