“Rəvan” klubu AFFA-dan forma üçün verilmiş 30 min manat pulu federasiyanın özünə qaytarıb.
Bu barədə Sportarena.az saytına “Rəvan” klubunun vits-prezidenti İlqar Axundov bildirib. Axundov, baş verən xoşagəlməz söhbətlərə görə AFFA-dan forma üçün aldıqları 30 min manat pulu özlərinə qaytardıqlarını bildirib.