UEFA iki klubu cəzalandırdı

15:43 25 Fevral 2015

UEFA İntizam Komitəsi Rumıniyanın "Styaua" klubunu cəzalandırıb.

 

 

Sportarena.az xəbər verir ki, buna klubun azarkeşlərinin qaydalara zidd davranışları səbəb olub.

Avropa Liqasının qrup mərhələsində Kiyev "Dinamo"su ilə keçirilən oyunda (0:2) "Styaua"nın azarkeşləri irqçi pankartlar açıb, pirotexniki vasitələrdən və lazer şüasından istifadə ediblər. Bu səbəbdən "Styaua" qarşıdakı iki ev avrokubok matçında azarkeşlərin dəstəyindən məhrum olacaq. Üstəlik Rumıniya təmsilçisi 20 min avro cərimə ödəyəcək.

Qeyd edək ki, "Stayua" ilə yanaşı, Şotlandiyanın "Seltik" klubu da Zaqreb "Dinamo"su ilə oyunda (3:4) azarkeşlərinin davranışları səbəbindən 10 min avro məbləğində cəzalandırılıb. 

 


Digər xəbərlər

Xəbər xətti