Rusiyada yaşanan iqtisadi böhran 2018-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatının infrastrukturunun qurulmasını ciddi təhlükə altına salıb.
Sportarena.az xəbər verir ki, Rusiya hökuməti Kalininqrad və Yekaterinburqda tikilən stadionların tutumunun, eləcə də məşq meydançalarının sayını azaldılamsı ilə bağlı qərar qəbul edib. Qərara görə, Yekaterinburqda və Kalininqradda tikilən stadionların tamaşaçı tutumu 45 mindən 35 minə qədər azaldılıb.
Qeyd edək ki, dəyişikliklərlə bağlı FİFA-ya xəbərdarlıq edilib. Məsələ ali futbol qurumu və Rusiyanın İdman Nazirliyi ilə razılaşdırılıb. Dünya çempionatı üçün 48 məşq meydançasının tikintisi və yenidən qurulması nəzərdə tutulmuşdu. FİFA ilə razılıq əldə olunduqdan sonra onların sayı 37-yə endirilib.