Bir daha millidə oynamayacaq

16:09 25 Fevral 2015

Mark Breşiano Avstraliya millisindəki karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, veteran futbolçu bir daha milli formanı geyinməyəcək. "Əl Qarafa" klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi 2004-cü ildə Okeaniya Kubokunu, 2015-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb. Breşiano iki qitədə çempion olan 2 futbolçudan biri kimi tarixə keçib. O, milli komandada keçirdiyi 84 oyunda 13 qolun müəllifi olub. 


Digər xəbərlər

Xəbər xətti