Andrea Pirlo “Yuventus”un 6 oyununu buraxacaq

16:45 25 Fevral 2015

“Yuventus” aparıcı futbolçularından olan Andrea Pirlonu itirib. Dortmund “Borussiya”sı ilə Çempionlar Liqası (ÇL) matçında zədələnən veteran yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, tibbi müayinədən keçən Pirlonun baldır nahiyəsindən xəsarət aldığı məlum olub. Klubun həkimləri onun bir ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıblar. Bu isə o deməkdi ki, 36 yaşlı futbolçu A seriyası çərçivəsində “Roma” , “Sassuolo”, “Palermo” və “Cenoa”, İtaliya Kubokunun yarımfinal mərhələsində “Fiorentina” ilə ilk, Çempionlar Liqasında isə “Borussiya” ilə cavab qarşılaşmasını buraxacaq.

 

Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsi çərçivəsində “Yuventus” – “Borussiya” görüşü İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasındakı cavab oyunu martın 18-də Almaniyada baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti