Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün növbəti yoxlama matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Təbriz Həsənovun futbolçuları Antalyadakı üçüncü sınağında Norveçin "Konnerud" klubunun U-17 komandası ilə qarşılaşıb.
Qarşılaşma yığmamızın qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli komandamız əvvəlki yoxlama oyunlarında İsveçrənin "Benfika" klubunun U-17 komandasına 9:0 hesabıyla qalib gəlmiş, Belarusun U-17 yığmasına 1:2 hesabıyla uduzmuşdu.
Yoxlama oyunu
25 fevral
Azərbaycan (U-16) - "Konnerud" (Norveç) (U-17) - 4:2 (3:1)
Qollar: Elvin İmanlı, 15 (1:1). Hacı Hacıyev, 23 (2:1). Bahadur Həziyev, 27 (3:1). Elvin İmanlı, 59 (4:2).