Olimpiya mükafatçısı narkotik satdığını etiraf etdi

19:30 25 Fevral 2015

2004-cü ildə keçirilən Olimpiadada iki gümüş medal qazanan avstraliyalı Natan Baqqali narkotik alverində ittiham olunur.

 

 

Sportaren.az xəbər verir ki, avarçəkmə ilə məşğul olan Baqqali və onun qardaşı Dryu 2013-cü ilin noyabrında Avstraliya polisi tərəfindən həbs olunub. İdmançı narkotik istehsal edən iki laboratoriyanın yaradılmasında ittiham olunur. Avarçəkən 8 maddəylə təqsirləndirilsə də, günahını etiraf etdikdən sonra maddələrdən 7-si ləğv edilib. Hökm martda oxunacaq.

 

Baqqali artıq bir dəfə - 2009-cu ildə narkotik yaymaq üstündə dəmir barmaqlıqlar arxasına düşüb. Həbsxanadan 2011-ci ildə çıxan avstraliyalı idmançını yenə uzunmüddətli cəza gözləyir.


Digər xəbərlər

Xəbər xətti