Azərbaycan millisi Qanaya məğlub oldu

22:20 25 Fevral 2015

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

 

 

Sportarena.az xəbər verir ki, Yaşar Vahabzadənin başçılıq etdiyi komanda Antalyada təlim-məşq toplanışı çərçivəsində ikinci sınağına çıxıb.  

 

Bəzi aparıcı oyunçular əsas yığmada olduğundan onları əvəzləyənlər heyətə layiq olduqlarını sübut etmək şansından yararlanmağa çalışıb. Oyun 2:1 hesabı ilə qanalıların qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, millimizin toplanışı AÇ-2017-nin iyunda start götürəcək seçmə oyunlarına hazırlıq məqsədi daşıyır.

 

 

Yoxlama oyunu

 25 fevral

 AZƏRBAYCAN (U-21) – QANA (U-20) 1:2

 


Digər xəbərlər

Xəbər xətti