Oynadığı futboldan çox dişləri ilə tanınan Luis Suares dünən keçirilmiş "Mançester Siti" ilə oyunda yenidən adət etdiyi hərəkəti etməyə cəhd edib.
Sportarena.az xəbər verir ki, rəqibin müdafiəçisi Demiçelisi dişləmək istəyib. Bir neçə dəfə cəzalanmağına baxmayaraq dişlərini yenə işə salmağı düşünən Suaresə cəza verilməyəcək. Bunu Goal.com portalı iddia edir.
Qeyd edək ki, oyun zamanı hakim Suaresə adi xəbərdarlıq belə etməyib.