Yunanıstan çempionatı rəsmən dayandırılıb.
Sportarena.az xəbər verir ki, stadionlarda azarkeşlər arasında hökm sürən gərgin atmosfer ölkənin aidiyyatı qurumlarını müvafiq qərar qəbul etməyə yönəldib. Yunanıstan İdman nazirinin müavini Stavros Kondonis bu xəbəri təsdiqləyib.
Qeyd edək ki, bazar günü "Panathinaikos" fanatları "Olympiakos"la görüşdən əvvəl intizamsızlığı az qala toqquşmalara səbəb olacaqdı.