"Maraqlı oyun oldu. Hər iki komanda qol epizodları yaratdı. Birinci hissədə qol vurmaq üçün şanslarımız daha çox idi. Ancaq bunu bacarmadıq. Məğlubiyyətə baxmayaraq, nəticədən məmnunam".
Sportarena.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeno Çempionlar Liqasının 1/8 finalında "Bayer"ə (Leverkuzen) səfərdə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Almanlarla səfərdə oynamaq çətindir. "Bayer" güclü rəqibdir. Belə komandalara qarşı onlar qədər yaxşı oynamaq lazımdır. Nəticə daha pis ola bilərdi"- deyə o bildirib.
D.Simeone futbolçusu Tiaqo Mendeşin matç ərzində ikinci sarı vərəqə alaraq meydandan qovulmasına da münasibət bildirib. O qeyd edib ki, hakim T.Mendeşi cəzalandıraraq düzgün qərar verib.