"Qarabağ"la oyun öncəsi "Qəbələ"də ciddi itki

12:38 26 Fevral 2015

Həftəsonu “Qarabağ”la vacib oyuna çıxacaq “Qəbələ” daha bir aparıcı futbolçusunu itirib.

 

 

Sportarena.az xəbər verir ki, şimal təmsilçisinin yarımmüdafiəçisi Cavid Hüseynov zədələnib.

 

Hazırda yığma komandanın düşərgəsində olan Cavid məhz millinin heyətində zədə alıb. Klubdan saytımıza verilən informasiyaya əsasən, Hüseynov dizindən xəsarət alıb. Lakin onun fevralın 28-də “Qarabağ”la keçiriləcək çempionat matçında iştirak edib-etməyəcəyi məlum deyil. Bu məsələyə sabah, futbolçu klubun həkimləri tərəfindən müayinə edildikdən sonra dəqiqləşəcək.

 

Qeyd edək ki, “Qəbələ”nin digər milli üzvləri Ruslan Əmircanov və Rəşad Sadiqov da hazırda zədədən əziyyət çəkirlər və onlar növbəti turu buraxacaqlar.

 


Digər xəbərlər

Xəbər xətti