"Liverpul" hələ belə təzyiq görməmişdi: Türklər gecə "oyun çıxardı"

13:51 26 Fevral 2015

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda "Liverpul"u qəbul edəcək "Beşiktaş"ın azarkeşləri rəqib futbolçulara psixoloji təzyiq göstərməyə cəhd ediblər.

 

 

Sportarena.az xəbər verir ki, türkiyəli azarkeşlər İstanbulda oteldə məskunlaşan "qırmızılar"ın futbolçularına yuxunu haram edib.

Belə ki, gecə saat 3-də öz maşınlarıyla otelin ətrafında dövrə vuran "qara qartallar"ın fanatları siqnal səsi verərək rəqibin futbolçularını yatmağa qoymayıb. Azarkeşlərin səs-küylü reydləri polisin hadisəyə müdaxiləsindən sonra dayanıb. Qanun keşikçiləri azarkeşləri saxlayaraq onlara həmin əraziyə daxil olmağı qadağan edib.

"Beşiktaş" - "Liverpul" matçı bu gün Bakı vaxtıyla saat 22:00-da start götürəcək. Bir həftə öncə Liverpulda keçirilmiş ilk oyunda ingilislər türkləri 1:0 hesabıyla məğlub etmişdi.

 


Digər xəbərlər

Xəbər xətti