Kimdir günahkar? - Məşqçi, futbolçu, yoxsa jurnalist?

14:48 26 Fevral 2015

Təvəvkkül Məmmədov və “Sumqayıt” klubu arasında baş verən qalmaqal böyüməkdə davam edir. Daha öncə Təvəkkül Məmmədovun onun demədiyi sözlərin mətbuatda yazıldığını və adına çıxarıldığını açıqladığını xəbər vermişdik. Bu gün məsələni daha dərindən araşdırmağa çalışdıq və maraqlı məqamlar üzə çıxdı.

 

Əvvəlcə Sportarena.az saytına “Sumqayıt” klubnun baş məşqçisi bu barədə öz fikirlərini və qalmaqal baş verən gündə olanları danışdı:

“Əgər Təvəkkül Məmmədov iddia edirsə ki, o mətbuata mənim haqda heç nə deməyib, bəs nəyə görə orada elə sözlər yazılıb? Belə çıxır ki, ya elə həmin o mətbuat işçisi yalan yazıb, ya da Təvəkkül dediyi sözü boynuna almır. Arada da mən pis çıxmışam.

Biz Təvəkkülnən həmin gün görüşdük. Mətbuat işçisi ilə də danışdıq. Səhv etmirəmsə adı Elnur idi. Sport7 saytında işləyirdi. Təvəkkül onun dedikləri ilə razılaşmadı. Amma, jurnalist də öz sözündə qaldı ki, bu sözləri demisən və mən də yazmışam. Mənim üçün ürəybulandırıcı haldır. Bunnnan artıq danışa bilmirəm”. – deyə Məmmədov bildirib.

 

Daha sonra “Sumqayıt” klubunun meneceri Ceyhun Sultanovun da fikirlərini dinlədik:

“İnandırıcı məsələ deyil ki, jurnalist deyilməyən bir şeyi yazsın. Lap elə olub. Gedib jurnalisitin yaxasından yapışmalıydı ki, demədiyi sözləti yazıb. Yoxsa çıxıb getmək və daha sonra belə açıqlamalar düzgün deyil. Özünə problemlər yaradır. Bu onun karyerasına da böyük zərbə oldu”. – deyə Sultanov bildirib.

 

Gün ərzində məsləni daha da diqqətdə saxlayıb aydınlaşdırmağa çalışacayıq.

 

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti