Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün milli komanda ilə birgə Bakıya qayıtmayacaq.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi, Vaqif Cavadov və Mahir Şükürovun oyunlarını izləmək üçün Türkiyədə qalacaq. Qeyd edək ki, Mahir Şükürov Türkiyədə “Karşıyaka”, Vaqif Cavadov isə “Boluspor” klubunda cıxış edir.