Seulda Xocalını yad edib, rəqibinə divan tutdu - FOTO

15:28 26 Fevral 2015

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununu keçirib.

 

 

Sportarena.az xəbər verir ki, təmsilçimizin komandası XXVII tur çərçivəsində “Huenqkuk”u qəbul edib.

 

“Hyundai” bu gün Seulda baş tutan qarşılaşmada asan qələbəyə sevinib - 3:1 (25:23; 14:25; 26:24; 25:17). 25 yaşlı hücumçumuz komandasına 30 xal qazandırıb. 25 dəfə hücumda dəqiq oynayan voleybolçu 2 dəfə blokda keçilməz, 3 dəfə servisdə qarşısıalınmaz olub.

 

Bu qələbə “Hyundai”nin turnir cədvəlindəki mövqeyinə təsir etməyib. 26 oyundan 50 xal yığan və ikinci yerdə qərarlaşan seullular lider EX-dən 5 xal geri qalırlar. İlk “üçlüyü” qapayan “İBK Altos” isə 44 xala malikdi.

 

Qeyd edək ki, Rəhimova Koreyada oyundan öncə Xocalı soyqrımını da anıb. O, sosial şəbəkədə öz səhifəsində 23 il öncə ermənilər tərəfindən törədilən faciənin ildönümü ilə bağlı “Xocalı” yazılan forma ilə şəkillərini də paylaşıb. 

 


Digər xəbərlər

Xəbər xətti