Şotlandiyada gənclərdən ibarət komandalar (U-20) arasında 22-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycanın U-19 yığmasının Cem Fələyin komandası - "Aberdin" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Dandi Yunayted"lə qarşılaşıb. Oyun futbolçumuzun klubunun 2:0 hesablı qələbəsiylə başa çatıb. 90 dəqiqə meydanda olan Fələk komandasının ilk qolu zamanı məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Aberdin" hazırda 52 xalla 1-ci yerdə gedir.