Fransa millisinin və "Bavariya" klubunun futbolçusu Frank Riberi Almaniya vətəndaşı olmağı düşünür.
Sportarena.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi "Bild"ə açıqlamasında deyib.
Özünü Almaniyada çox yaxşı hiss etdiyini deyən futbolçu bu addımı ailəsi üçün atacağını bildirib: "Mən Almaniyada ev almışam və buranın mentalitetini sevirik. Oğlum Salif Almaniyada doğulub və ola bilər elə bu milli komandanın da şərəfini qorusun".
Qeyd edək ki, Frank Riberi 2007-ci ildən "Bavariya"nın şərəfini qoruyur.