“İndi əsas odur ki, Ruslan “Hayduk”un əsas heyyətində oynaya bilsin”.
Bu sözləri sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Əsədov “Sumqayıt”la səfər qarşılaşmasından öncə komandanın durumuna da aydınlıq gətirib:
“Heyyətlə bağlı problemlərimiz var. Zədəlilər və cazalı duruma düşənlər tam heyyətlə oynamağımıza imkan vermir. “Sumqayıt”la oyuna 3 xal üçün çıxacayıq. Asand oyun olmayacaq. Çünki, çempionatda zəif komanda yoxdur. Biz AZAL-la oynadığımızdan komandada bir qədər yorğunluq da var. Həm də son iki oyunu süni örtüklü meydançada keçirdiyimizdən zədəlilər də çoxalıb. Bütün bunlara baxmayaraq qələbə haqqında düşünəcəyik”.
Daha sonra Arif Əsədov millinin “Şaxtyor”la oyununa da münasibət bildirib:
“Millinin oyunun izləyə bilməsəm də, statistik göstəricilərə baxdım. Əsas odur ki, Prosineçki gəncləri sınaqdan keçirdi, potensialını gördü. Özünün də dediyinə görə, ona lazım olanı əldə edib”.
Arif Əsədov yığma komandamızın baş məşqçisi Robert Prosineçkinin “Neftçi”ni Ruslan Qurbanovu əsas heyyətdə oynatmamasını tənqid etməsinə də cavab verib:
“Məncə Prosineçki bunu yaxşı mənada deyib. Amma, Ruslan Qurbanov “Neftçi”də oynayanda əsas heyyətdə oynayırdı. Mənim gəlişimdən sonra daha çox oyun keçirdi və yəqin ki, Prosineçki də onu o oyunlardan birində görərək bəyənib. “Hayduk”da da yaxşı oyun göstərəcəyinə inanıram. İndi əsas odur ki, Ruslan “Hayduk”un əsas heyyətində oynaya bilsin. Yoxsa, orada oynaya bilməsə, burada milli itrəcək və Prosineçki üçün də problem ola bilər. Oyunçunu qazanmaq əvəzinə itirə bilər”. –deyə Əsədov bildirib.
Rahim Şaliyev