"Qarabağ" hücumameylli yarımmüdafiəçi alır.
Sportarena.az xəbər verir ki, ölkə çempionu ispaniyalı Dani Qiuntana ilə güclənir.
"Valensiya" klubunun yetirməsi olan 28 yaşlı Quintana ilə 3 illik müqavilə imzalanacaq. Futbolçu cari mövsümdə 2 klubda oynadığına görə, Ağdam təmsilçisi onun adını yalnız yayda iştirak ərizəsinə sala biləcək.