"Atletiko"nun qənimi yenidən Türkiyə millisində

18:39 26 Fevral 2015

“Bayer Leverkuzen” – “Atletiko Madrid” (1:0) matçının qəhrəmanı Hakan Çalkanoğlu Fatih Terim tərəfindən bağışlanıb.

 

Sportarena.az xəbər verir ki, Türkiyə millisinin oyun qurucusu öz açıqlamasında bunu qeyd edib.

“Fatih Terimlə görüşdük. Çox xoş bir müzakirə oldu. Aradakı problemləri həll etdik. Milli komandamın formasını geyinmək üçün səbirsizəm”. – deyə Çalkanoğlu bildirib.

 

Qeyd edək ki, Gökhan Törə ilə yaşanan silahlı insidentə görə Hakan Çalkaoğlu ilə bərabər Ömər Toprak da millidən kənarlaşdırılmışdı.


Digər xəbərlər

Xəbər xətti