Gürcüstanın paytaxtı Tiflisdə şahmat üzrə Qran-pri turnirində növbəti turun görüşləri keçirilib.
Sportarena.az xəbər verir ki, III mərhələnin XI oyun günündə həmyerlilərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yenə “sülh bağlayıb”.
Rəcəbov hollandiyalı şahmatçı Aniş Giri ilə, Məmmədyarov isə Leynier Dominqueslə qarşılaşıb. Hə iki qrossmeysterimiz 0,5 xalla kifayətləniblər.
Maraqlırıdır ki, X turun bütün görüşləri heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, ötən tur Teymur Rəcəbov autsayder Dmitri Andreykinlə (Rusiya), Şəhriyar Məmmədyarov isə Aniş Giri ilə xalları yarı bölüb.
XI tur
Pyotr Svidler (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) – Aniş Giri (Hollandiya) – 0,5:0,5
Leynier Dominques (Kuba) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5
Maksim Vaşye-Laqrav (Fransa) – Dmitri Yakovenko (Rusiya) – 0,5:0,5
Rüstəm Qasımcanov (Qazaxıstan) – Baadur Jobava (Gürcüstan) – 0,5:0,5
Dmitri Andreykin (Rusiya) – Yevgeni Tomaşevski (Rusiya) – 0,5:0,5
Turnir cədvəli: Tomaşevski – 7,5, Yakovenko – 6, Rəcəbov – 5,5, Məmmədyarov, Qasımcanov, Giri, Dominques - 5, Jobava, Qrişuk, Vaşye-Laqrav – 4,5, Svidler – 4, Andreykin – 3,5.