Demba Ba: "Allah belə istədi"

11:55 27 Fevral 2015

“Beşiktaş”ın “Liverpul” üzərində qazandığı qələbədən sonra meydan sahiblərinin futbolçusu Demba Ba açıqlama verib.

 

 

 

Sportarena.az xəbər verir ki, ulduz futbolçu yaxşı komanda olduqların və Superliqada çempion olmaq istədiklərini bildirib.

“Yaxşı komandayıq və çox yaxşı oyunçularımız var. Bəzən gözlənilən oyunu göstərmirik, amma, istədiyimiz oyunu göstərəndə nəticə də yaxşı olur. Komandamız gəncdir”.

 

Matçın artırma dəqiqələrə qədər uzanmasın münasibət bildirən Denba Ba, “Həyat belədir... Allah belə istədi. Matçın artırma dəqiqələrə getməsini istədi, biz də penaltilərdə qələbə qazandıq. Fevral ayının sonuna gəldik. Əlimizdən gələni edirik ki, Superliqada çempion olaq”. – deyə bildirib.


Digər xəbərlər

Xəbər xətti