"İnter"də yeni məşqçi

12:52 27 Fevral 2015

Məlum olduğu kimi, "İnter"in baş məşqiçisi Kaxaber Tsxadadze mövsümün sonunadək "İnter” komandasını və Gürcüstan millisini çalışdıracaq

 

 

Sportarena.az xəbər verir ki, texniki heyət Marino Pusicin simasında əlavə köməkçi məşqçilə gücləndiriləcək. Marino Pusic 1971-ci il avqustun 18-də Bosniya Hersoqovinanın Mostar şəhərində anadan olub. Proffesional futbolçu kimi o, "Red Star"(Belqrad), "Velez" (Mostar, Bosniya Hersoqovina), "FC Köln"(Almaniya), "De Graafschap"(Hollandiya), "Go Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya Hersoqovina yığmasında çıxış edib. Marino Pusic 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə UEFA Pro lisenziyasını alıb. 2013- cü ilin iyulun 1- dən 2014-cü ilin oktaybr ayınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

 


Digər xəbərlər

Xəbər xətti