Uğur Pamukdan “Xəzər Lənkəran”a ittiham: “Səhv müalicə etdilər, iynə vurub zorla məşqə çıxartdılar”

16:29 27 Fevral 2015

Sportarena.az xəbər verir ki, açıqlama verən futbolçu sabiq klubu “Xəzər Lənkəran”ı ciddi ittiham edib.

 

Türkiyəli futbolçunun ittihamlarını sizin diqqətinizə çatdırırıq: “Ötən il Lənkərandan “Sumqayıt”a icarəyə gəlmişdim. Aprel ayında “Neftçi” ilə oyunda zədə aldım. Əslində, zədəm elə də ciddi deyildi. Sadəcə, mənə yaxşı müalicə və bir az da istirahət lazım idi. Ancaq mən 3 həftədən sonra yenidən gərgin məşqlərə başladım. Yay toplanışında isə təzədən “Xəzər Lənkəran”a qayıtdım. Lənkəranın həkimləri ayağımda kiçik yırtıq aşkar etdilər. Ayağımın yan bağlarında yırtıq olduğu üçün mən istirahət etməli, məşq etməməliydim. Ancaq zədəmi sağaltmağa mənə imkan vermədilər. İynə vurub, ağrılarımı azaldıb məni zorla məşqə göndərdilər. Bundan sonra zədəm daha da kəskinləşdi. Deyərdim ki, futboldan uzun müddət kənar qalmağımın əsas səbəbi “Xəzər Lənkəran”ın həkimləridir. Onlar məni hardasa 3-4 ay səhv müalicə etdilər. Ordakı müalicələrin bir xeyri olmadığını görüb "Sumqayıt”a gəldim”.

 

Mənbə: "Çempion" qəzeti

 


Digər xəbərlər

Xəbər xətti