"Hayduk" rəsmisi: "Ruslan özünü doğrulda bilsə..."

17:11 27 Fevral 2015

“Lokomotiv”lə oyunda zədələnərək, iyuna kimi sıradan çıxan Stanka Poklepoviçin qayıdışını gözləyə bilmərik. Onun yerinə yeni oyunçu gətiriləcəkmi? Bunu zaman göstərəcək. Onsuz da, komandanın heyəti zəif deyil. Yeni transfer Ruslan Qurbanovun da potensialına güvənirik”.

 

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Xorvatiyanın “Hayduk” klubunun idman direktoru Qoran Vuçeviç deyib.

 

Ölkəsinin mətbuatına açıqlama verən Vuçeviç komandanın hazırkı durumundan söhbət açıb. O, məqsədlərinin Avropa Liqasına vəsiqə qazanmaq olduğunu bildirib: “Artyom Milevskini məhz avrokuboklara vəsiqə qazanmaq üçün dəvət etmişdik. Qışda isə Ruslan Qurbanovla gücləndik. Onun komandamıza keçidi sınaq xarakterlidi. Yəni özünü doğrulda bilsə, əməkdaşlığı davam etdirəcəyik. Ruslan ilk növbədə, sınaqlardan üzüağ çıxmalıdı. Məqsədimiz dəyişməz olaraq qalır. Avropa Liqasına çıxmaq üçün səylə çalışırıq”.

 

 

Qeyd edək ki, transfer hüququ “Neftçi” klubuna məxsus olan Ruslan Qurbanov “Hayduk”da icarə əsasında çıxış edir. 

 


Digər xəbərlər

Xəbər xətti