İmamverdiyev Budaka qarşı

17:25 27 Fevral 2015

Bu gün Türkiyə birinci liqasında 22-ci turun oyunları start götürəcək.

 

 

Sportarena.az xəbər verir ki, turun açılış oyununda Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" "Bucaspor"u qəbul edəcək.

 

Sabah isə Kamran Ağayevli "Kayserispor" evdə "Adana Dəmirspor"la qarşılaşacaq. Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" isə "Antalyaspor"un qonağı olacaq. Keçən turda cəzalı olduğundan oynamayan Mahir Şükürov "Karşıyaka"nın "Orduspor"la oyununda meydana çıxa bilər.

 

Bazar günü Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" Ufuk Budaklı "Qaziantep BB" ilə, Rail Məlikovlu "Dənizlispor" isə "Girəsunspor"la qarşılaşacaq.

 

Turun bazar ertəsi keçiriləcək son oyununda Cəmşid Məhərrəmovun formasını geyindiyi "Adanaspor" "Samsunspor"u qəbul edəcək.

 

Türkiyə, PTT liqası

22-ci tur

27 fevral

21:00 Boluspor - Bucaspor

 

28 fevral

16:00 Antalyaspor - Manisaspor
16:00 Karşıyaka - Orduspor
20:30 Kayserispor - Adana Dəmirspor

 

1 mart

15:30 Girəsunspor - Dənizlispor
18:00 Elazığspor - Qaziantep BB

 

2 mart

21:00 Adanaspor - Samsunspor

 


Xəbər xətti