“Bakı” Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, paytaxt klubu bu gün Lənkəran şəhərində oyun öncəsi son məşqini keçirib.
Saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib.
Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı verib.
Qeyd edək ki, qarşılaşma sabah saat 17:00-da başlayacaq və meydan sahiblərinin kanalı ilə canlı yayımlanacaq.