Xəbər verdiyimiz kimi, "Sumqayıt"ın yeni transferi Uğur Pamuk sabiq klubu "Xəzər Lənkəran" haqqında müxtəlif ittihamlar səsləndirmişdi. O, qeyd edib ki, guya Lənkəran klubunda oynayanda onun müalicəsi düzgün aparılmayıb, iynə vurularaq məcburi surətdə məşqlərə cəlb olunub.
“Xəzər Lənkəran”ın moldovalı həkimi Gennadi Kişlari açıqlamasında Pamukun ittihamlarını əsassız adlandırıb:
"Uğur Pamuk iddia edir ki, zədəni "Sumqayıt"da icarədə olarkən "Neftçi"ilə oyunda alıb. Bu matç isə keçən ilin aprel ayında baş tutub. Pamuk bildirir ki,zədəsi yüngül idi və ona sadəcə biraz istirahət və yaxşı müalicə lazım idi. Uğur Pamuk "Xəzər Lənkəran"ın düşərgəsinə iyun ayının 20-də gəlib. Belə olan halda sual yaranır ki, iki ay yarım müddətində niyə dediyi kimi yüngül zədə sağalmayıb? Üstəlik, o, bu müddətin çox hissəsini yasadığı Almaniyada keçirib və müalicə və istirahət etməyə kifayət qədər vaxtı vardı. Ərzurum toplanışında, yəni iyun ayında bizim komanda ilə toplanışda olarkən ayagında ağrı hiss etdiyi üçün onu Ərzurum Özəl Buxara xəstəxanasına apardıq və MRT olundu. MRT nin cavabına görə ağrı hiss etdiyi ayağında heç bir patalogiya aşkar edilmədi. Müayinənin cavabı haqqında həmişə olduğu kimi baş məşqçimiz və klub rəhbərliyi məlumatlandırıldı. Baş məşqçimizin də qərarı ilə onun ayağında zədə aşkar edilmədiyi üçün məşqlərə çıxarılıb. Bu müddətdə düzgün qeyd edir ki, ona iynələr vurulub. Lakin bu iynələr ağrıkəsici yox,müalicəvi olub. Çünki, onun israrla "ayağımda ağrılar var" şıkayətinə görə biz həmin ayağını gücləndirməyə çalışırdıq. Sonda qeyd edim ki, onun dediyi kimi ayağında yüngül zədə var idisə və biz tibb korpusu onu ağrıkəsi ilə məşqlərə çıxarmışdıqsa belə, indiyə zədəsi sağalmalı idi. Çünki, baxın bu futbolçu neçə vaxtdır məşqlərdən azaddır və oynamır. Sadəcə Uğur Pamuk özü peşəkar futbolçu deyil, yaxud özünə peşəkar yanaşmır". – deyə Kişlari bildirib
Mənbə: Rekord.az