Elxan Məmmədovun kadırı "Rəvan"dan göndərildi

00:09 28 Fevral 2015

Son günlər AFFA və "Rəvan” klubu arasında yaranmış qalmaqal hər kəsə məlumdur. Məsələ burasındadır ki, müsahibə verən AFFA-nın baş katibi Elxan Məmmədov "Rəvan”ı qeyri-peşəkarlıqda suçlayıb. Forma həngaməsindən sonra klubla AFFA arasında bütün tellər qırılıb. "Rəvan” AFFA-dan gələn maliyyə dəstəyindən imtina edib.

 

 

Sportarena.az xəbər verir ki, AFFA tərəfindən "Rəvan”a idman direktoru kimi göndərilmiş Peter Neuştadterin də işinə son qoyulub. Düzdür, Peter Neuştadter "Rəvan”a AFFA tərəfindən göndərilmişdi. Amma klub rəhbərliyi bu adamı ailəsində görmək istəməyib. Klub rəsmiləri bu xəbəri saytımıza açıqlamalarında təsdiqləyib.

 


Digər xəbərlər

Xəbər xətti