Azarkeşlər hakimin evinin yaxınlığında bomba partlatdılar

00:45 28 Fevral 2015

Kipirdə futbol hakimlərinə təzyiqlər səngimək bilmir.

 

 

Sportarena.az xəbər verir ki, Kipr çempionatının oyunlarını idarə edən hakimlərdən birinin evinin yaxınlığında bomba partlayıb. Əldəqayırma qurğu bu gün Larnaka şəhərində partladılıb. Məlumata görə, partlayış hakimin arvadına məxsus maşını zədələyib. Qonşuluqda yerləşən evə də zərər dəydiyi bildirilir.

 

Bu, Kipr çempionatının oyunlarını idarə edən hakimlərə qarşı törədilmiş ilk hadisə deyil. Hələ ki, ədalət təmsilçiləri bu hadisələrdən xəsarət almayıb. Kiprli hakimlər etiraz əlaməti olaraq milli birinciliyin yaxın turunun oyunlarının boykot edilməsi mümkünlüyünü nəzərdən keçirir.


Xəbər xətti