QƏRAR: FİFA klublara təzminat ödəməyəcək

11:02 28 Fevral 2015

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının qış aylarında keçirilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə futbol federasiyaları və klublara heç bir pul kompensasiyası verilməyəcək. Bu barədə məlumat verən FİFA-nın baş katibi Jerom Valke nəzərdə tutulan dəyişikliyə uyğunlaşmaq üçün 7 ilin kifayət edəcəyini vurğulayıb. 
 

 

 

Sportarena.az BBC telekanalına istinadən xəbər verir ki, bir qədər əvvəl aralarında Münhenin “Bayer” klubunun prezidenti Karl-Haynts Rummenigginin də olduğu bəzi futbol funksionerləri çempionatın təqviminin dəyişdirilməsi ilə əlaqədar mümkün ziyana görə FİFA-dan pul tələb edəcəklərini bildirmişdilər.

 

Qeyd edək ki, işçi qrupu FİFA-ya Qətərdə yay fəslinin həddən artıq isti olmasını nəzərə alaraq futbol üzrə dünya çempionatını 2022-ci ilin noyabr-dekabr aylarında keçirməyi tövsiyə etmişdi.

 


Digər xəbərlər

Xəbər xətti