FİFA beynəlxalq turniri Qətərdə keçirtməyəcək

11:39 28 Fevral 2015

Konfederasiyalar kuboku yarışları 2021-ci ildə Qətərdə təşkil olunmayacaq. 

 

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri FİFA-nın baş katibi Jerom Valk deyib. Baş katib bildirib ki, bu qərarın qəbul olunması Qətərdə yayın çox isti keçməsi ilə bağlıdır. Mötəbər turnirin hər hansı Asiya ölkəsində təşkil olunması nəzərdə tutulub. Amma bu ölkənin adı hələ ki açıqlanmır.

 

Konfederasiyalar kuboku yarışları dünya çempionatından bir il əvvəl mundiala ev sahibliyi edən ölkədə təşkil olunur. Turnirdə konfederasiyaların ən yaxşı milli komandaları birincilik uğrunda mübarizə aparır. FİFA uzun mübahisələrdən sonra 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının noyabr-dekabr aylarında keçirilməsinə rəsmən qərar verib.

 


Digər xəbərlər

Xəbər xətti