İrlandiya yığmasının baş məşçisi millimizdən danışdı: "Möhtəşəm alındı"

11:44 28 Fevral 2015

“Azərbaycanla iki yoxlama oyunu da keçirdiyimiz bu həftə möhtəşəm alındı”.

 

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət İrlandiya millisinin baş məşqçisi Pol Dulin deyib.

 

Ada təmsilçisinin çalışdırıcısı Azərbaycan millisi ilə fevralın 27-də keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. O, 2:0 hesabı ilə qalib gəldikləri matça şərh verib: “FİFA pəncərəsindən kənarda belə cür toplanış keçirməyimiz də əla oldu. Futbolçularımı milliyə buraxdıqları üçün klublara minnətdaram. Azərbaycana iki oyunda 8 qol vurduq. 1996-cı il təvəllüdlülərə başçılıq etdiyim vaxtdan isə 20 qol vurmuşuq. Əla heyətimiz var və göstərdiyimiz məhsuldarlıqdan məmnunam. Düşünürəm ki, bu qələbələrdən sonra Avropa çempionatının seçmə oyunlarına daha böyük özünəinam hissə ilə qatılacağıq”.

 

Qeyd edək ki, Azərbaycan və İrlandiya milliləri arasında fevralın 25-də baş tutan ilk oyunda meydan sahibləri yığmamızı 6:0 hesabı ilə məğlub etmişdi.

 


Digər xəbərlər

Xəbər xətti