"Neftçi"dən "Hayduk"a transfer olunmuş həmyerlimiz Ruslan Qurbanov, yeni klubunda ilk məşqini keçirib.
Sportarena.az xəbər verir ki, Qurbanov keçirdiyi ilk məşqdən məmnun olduğunu bildirib: "İlk məşqimə çıxdım, hər şey yaxşıdır və burada olmağımdan məmnunam".
Qeyd edək ki, xorvat klubunda əsas hücumçular zədələndiyindən Qurbanovun debütü üçün əla şans yaranıb.