I divizionun dünən baş tutan “Şuşa Qarabağ” - “Bakılı” oyununda maraqlı kadr lentə alınıb.
Sportarena.az хəbər verir ki, qarşılaşmnın 21-ci dəqiqəsində qonaqların prezidenti Misir Əbilov komandanın futbolçularını təhqir etməyə başlayıb.
Bu an "Bakılı"nın futbolçuları hücumda olub və az sonra Azər İbrahimov topu rəqib qapısından keçirib. Misir Əbilovun söyüşləri PFL-in kamerasının yaddaşına düşüb.