Mirça Rednikin komandası çempion olmağa yaxındır

12:39 28 Fevral 2015

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi, hazırda vətənində çalışan Mirça Rednikin yeni klubu ilə uğurlu seriyanı davam edir.

 

 

Sportarena.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, maliyyə problemləri üzündən aparıcı futbolçuların xidmətindən məhrum olaraq yarı-yarımçıq heyətlə meydana çıxmaq məcburiyyətində qalmasına baxmayaraq  “Petrolul” (Ploeişti) Mirça Rednikin başçılığında ard-arda qələbələr qazanmaqda rəqib tanımır.

 

Fevralın 27-də keçirilmiş Rumıniya çempionatının 19-cu turunda “Botoşani” klubunun qonağı olan “Petrolul” növbəti qələbəsini qazanıb. Oyunun gedişində bir futbolçusu qırmızı vərəqə alması və ikinci hissənin yarısını bir nəfər azlıqda qalması da Ploeişti təmsilçisini çətin səfər matçında vacib 3-xaldan edə bilməyib. Bu qələbədən sonra turnir cədvəlinin ikinci pilləsində yerini daha da möhkəmlədən “Petrolul” klubunun lider “Styaua” ilə arasındakı xal fərqi 4-ə enib.

 

Oyunsonrası mətbuat konfransında Mirça Rednik komandasının layiqli qələbə qazandığını vurğulayaraq futbolçularına əzmkar çıxışa görə təşəkkür edib. Təcrübəli çalışdırıcı qarşıda kubok yarışmasında “Styaua” ilə görüşəcəklərini xatırladaraq çempionatı unudub kubok matçına hazırlaşacaqlarını bildirib.

 


Digər xəbərlər

Xəbər xətti